Dünya

Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binası istifadəyə veriləcək - FOTO

17 Yanvar 2020 22:06
0 Şərh     Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binasının - Başakşehir Şəhər Xəstəxanasının bu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1 milyon kvadrat metr sahəsi olacaq bu bina 2040 seysmik izolyatorlu otaqdan ibarətdir.

Qeyd edilir ki, xəstəxanadakı xüsusi zəlzələ izolyatorları sayəsində ən şiddətli yeraltı təkanlar zamanı belə bütün tibbi heyət fəaliyyətini normal qaydada davam etdirə biləcək.

Ümumilikdə 2682 otağı olacaq Başakşehir Şəhər Xəstəxanası üç binadan - 2354 otaqlı əsas korpusdan, 200 otaqlı Müalicə və reabilitasiya korpusundan və 128 otaqlı Psixiatriya xəstəxanasından ibarətdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.