Dünya

25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi - FOTO

16 Yanvar 2020 16:54
2 Şərh     Baxış: 4 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobilini qəsdən məhlədə oynayan uşaqların üstünə sürən qadın sərbəst buraxılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, İngiltərənin Çeşir qraflığında yaşayan 25 yaşlı Nicole Lyons adlı qadın qəsdən "BMW" ilə məhlədə oyun oynayan uşaqların üstündən keçib.

Hadisə nəticəsində 3 uşaq xəsarət alıb, birinin ayağı qırılıb. Nikol saxlanılıb. Lakin o, məhkəmədə bunun qəza olduğunu iddia edərək, həbsdən yayınıb.

Qadının sərbəst buraxılması qonşular arasında narazılığa səbəb olub. Belə ki, Nikol hadisədən dərhal sonra şəxsi Facebook hesabında "İndi başa düşdünüz ki, mənim qapımın qabağında oynamaq olmaz.  Bir daha mənim evimə yaxın gəlməyin" sözlərini yazıb.

Qeyd edək ki, hadisə baş verən zaman uşaqlar "qapını döy, qaç" oyunu oynayıblar.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.