Dünya

Xəbər agentliyinin müxbiri intihar etdi

14 Yanvar 2020 16:35
0 Şərh     Baxış: 1 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"RİA Novosti"nin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, İspaniya vətəndaşı olmasına baxmayaraq, Antonio Manuel Sançes Reqalado Rusiya mediasında işləyib. Jurnalist gündüz özünü pis hiss edib. O, təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər.

Axşam isə onun cəsədini qonşusu tapıb. Antonio heç bir məktub qoymayıb.

Hazırda onun intiharının səbəbi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.