Dünya

Budapeştdə havanın çirklənmə dərəcəsi yolverilən normadan yüksəkdir

12 Yanvar 2020 08:49
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Budapeştdə havanın çirklənmə dərəcəsi yolverilən normadan yüksəkdir.

Milli.Az xəbər verir ki, bunu Macarıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Bürosunun məsul əməkdaşı Anita Villamoş AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, son aylarda paytaxt metrosunun "mavi xətti"nin təmiri ilə əlaqədar şəhərin yollarında, xüsusən, Ulloi prospektində hərəkətin intensivliyi artıb. Bu, tıxacların sayının artmasına, avtomobillərin mühərrikləri işə salınmış vəziyyətdə yollarda dayanmasına gətirib çıxarıb.Pəncərələri bu prospektə açılan evlərin, habelə yaxınlıqdakı rayonların sakinləri avtomobillərin işlənmiş qazlarından sözün həqiqi mənasında boğulurlar.

Villamoşun sözlərinə görə, şəhərin bu hissəsi üzərindəki smoq Buday təpəliklərinin zirvələrindən aydın görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.