Dünya

ABŞ-da zəncirvari qəza: 5 ölü, 60 yaralı - FOTO

6 Yanvar 2020 18:40
1 Şərh     Baxış: 1 053
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Pensilvaniya Ştatında baş verən zəncirvari ağır yol qəzasında 5 nəfər ölüb, 60 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əyalət polisinin açıqlamasına görə qəzada iştirak edən üç yük maşını və bir turist daşıyan avtobus əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra isə bir-biri ilə toqquşub. Nəticədə 7-65 yaş arası olan 60 nəfər yaralanıb və 5 nəfər hadisə yerində ölüb. Yaralılar yaxınlıqdakı müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Bundan başqa, polis yolun uzun müddət bağlı olacağı barədə məlumat yayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.