Dünya

"Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər"

3 Yanvar 2020 21:24
0 Şərh     Baxış: 3 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayında çatdırılma üçün bir barrel neftin qiyməti Nyu York birjasında 3,6% və ya 2,20 dollar artaraq 63,38 dollara yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, neft bazarının analitiki Jozef Roçester deyib: "Neft bazarındakı dinamika İran generalının öldürülməsinin nəticəsidir ki, bu da geosiyasi gərginliyə və digər nəticələrə gətirib çıxara bilər və bu, açıq-aydın görünür. Əsas sual nəticələrin nə olacağıdır".

CNN televiziya şirkəti qeyd edib ki: "Nüfuzlu İran generalının öldürülməsi Yaxın Şərqdə - əsas neft istehsal edən ölkələrin yerləşdiyi və enerji bazarının əsas yollarının keçdiyi ərazidə gərginliyi artıra bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.