Dünya

ABŞ-dan Pxenyana xəbərdarlıq: Ordumuz hazırdır!

3 Yanvar 2020 09:42
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreyanın hərbi addımlar atacağı təqdirdə ABŞ Hərbi Qüvvələri və müttəfiqləri onun qarşısını almağa hazırdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper deyib.

"Düşünürük ki, Şimali Koreya ilə bağlı ən yaxşı cəhd Koreya yarımadasının nüvəsizləşdirməsi müqaviləsinin imzalanmasıdır. Biz bu yolla addımlayırıq və hər zaman bu cəhdləri dəstəkləyəcəyik", - deyə Espert bildirib.

Pentaqon rəhbəri Şimali Koreya lideri Kim Çen İni də təmkinli olmağa çağırıb:

"Eyni zamanda, Koreya yarımadasındakı qüvvələrimizin hazırlığını təmin etmək üçün Cənubi Koreyadakı tərəfdaşlarımızla sıx əlaqə saxlayırıq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.