Dünya

Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

3 Yanvar 2020 07:41
3 Şərh     Baxış: 1 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

07:41

Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Pentaqondan bildiriblər ki, İraqın paytaxtı Bağdadda iranlı generalın öldürülməsi ilə əlaqədar əməliyyat ölkə prezidentinin sərəncamı ilə həyata keçirilib.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. Əlavə edilir ki, ABŞ bölgədəki maraqlarını qorumağa davam edəcək.

----------

06:22

ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyinə amerikalı rəsmilər bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.