Dünya

Avropa Parlamentinin sədri üzv ölkələrdən daha çox maliyyə vəsaiti tələb edir

30 Dekabr 2019 07:35
0 Şərh     Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Parlamentinin sədri David Maria Sassoli növbəti il üçün üzv ölkələrdən daha çox maliyyə vəsaiti tələb edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, David Maria Sassoli milyardlarla vəsaitin tikinti, universitet və yardım fondu proqramlarına xərcləndiyini bildirib. Onun fikrincə, yoxsul uşaqlara dəstək, yaxud rəqəmsallaşmanın inkişafı və gələcəyə aid digər layihələrin həyata keçirilməsi məqsədilə daha çox vəsaitə ehtiyac var. Ətraf mühitin mühafizəsi, yoxsul uşaqların olmaması və rəqəmsal texnologiyanın inkişaf etdirilməsi üçün işlər görülməlidir və bu sahələrin inkişafı lazım olan vasitələrlə təmin edilməlidir. Əgər Sassolinin təklifi qəbul olunarsa bu istiqamətdə işlərin həyata keçirilməsi üçün 2021-2027-ci illərdə 1,4 trilyon avro vəsait xərclənməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.