Dünya

Atadan hamilə qızına qarşı tükürpədici əməl: övladının gözləri qarşısında öldürdü

28 Dekabr 2019 17:55
0 Şərh     Baxış: 7 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 23 yaşlı qadın həyat yoldaşı və övladının gözləri qarşısında qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə Osmaniyə əyalətində baş verib.

Məlumata əsasən, Tuğba Kayanın atası onun başına atəş açaraq öldürüb. Tuğba 4 aylıq hamilə olub.

Silah səsi eşidən qonşular polisə xəbər veriblər. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tuğbanın atası həbs edilib. Həyat yoldaşı isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma davam edir./Publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory