Dünya

Almaniyada bəzi məhbuslar əfvdən imtina edirlər

27 Dekabr 2019 23:15
1 Şərh     Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə Almaniyanın Aşağı Saksoniya federal əyalətində qeyri-səciyyəvi hal baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya hakimiyyət orqanları Milad bayramı ilə əlaqədar 1200 məhbusa əfv elan ediblər. Lakin üç nəfər onlara təqdim olunan azadlığa çıxmaq fürsətindən imtina edib. Onlar vaxtından əvvəl həbsxananı tərk etməyi bilərəkdən istəməyib və müddətləri başa çatanadək bu divarlar arasında qalmaq qərarına gəliblər. Onları bu addımı atmağa nəyin vadar etdiyi məlum deyil. Buna səbəb həbsxanada bayram şamını gözləmələri, azadlıqda olarkən yaxınlarına hədiyyə ala bilmədiklərinə görə xəcalət çəkmələri, yaxud ailə üzvləri ilə görüşməyi arzulamamaları və s. ola bilər.

Almaniyada belə xoşməramlı tədbirlər hər ilin sonunda həyata keçirilir. "Welt" qəzetinin yaydığı məlumata görə, bu il 1200 məhbusa bayramları evdə, doğma insanlar ətrafında qarşılamaq fürsəti verilib. Hakimiyyət orqanları hesab edirlər ki, bu addım onların yenidən cəmiyyətə inteqrasiyasına yardımçı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.