Dünya

“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub

27 Dekabr 2019 13:56
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sülh Çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, "Sülh Çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib.

Açıqlamada dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların "Biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq. Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik" - ifadələri qeyd olunub.

Qeyd edək ki, Türkiyə "Sülh Çeşməsi" əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.