Dünya

İranda hərbi təyyarə qəzaya uğradı

25 Dekabr 2019 17:34
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil fövqəladə hallar və təcili tibbi yardım idarəsinin direktoru doktor Məcid Məhəmməd Qəribani deyib.

M.M.Qəribaninin sözlərinə görə, Ərdəbil vilayətinin Qırmızı Aypara Cəmiyyətinin vertolyotları və təcili yardım təyyarənin düşdüyü məkanı axtarırlar.

Bildirilir ki, hərbi təyyarə yeni təmir olunaraq sınaq uçuşu keçirirmiş.

Ərdəbil vilayətinin təhlükəsizlik rəsmisi bildirib ki, təyyarənin pilot və sərnişinləri sağdırlar və qəzadan öncə paraşütdən istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.