Dünya

İraq parlamenti yeni seçki qanunu qəbul etdi

24 Dekabr 2019 20:40
0 Şərh     Baxış: 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraq parlamenti aylardır etirazçıların tələb etdiyi seçki haqqında yeni qanunu qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermənin nəticələrini parlamentin spikeri Məhəmməd əl-Halbusi elan edib. Yeni qanuna əsasən, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Seçkilərdə qaliblər səslərin əksəriyyətini toplayanlar olacaq. Namizədlik isə fərdi qaydada irəli sürüləcək.

Yeni qanunla bağlı səsvermə əvvəllər deputatlar arasındakı ixtilaflar səbəbindən dəfələrlə təxirə salınmışdı.

Əl-Halbusi, həmçinin qeyd edib ki, bundan sonra məmurlara ikili vətəndaşlıq da qadağan ediləcək.

Xatırladaq ki, İraqda bu ilin oktyabrından kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər hökumətin istefasını, korrupsiya, işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İndiyədək aksiyalarda 400-dən çox insan ölüb, 15 min nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.