Dünya

19 yaşlı qız 3 il müddətində satıldı, istismar edildi...

19 Dekabr 2019 13:14
1 Şərh     Baxış: 2 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da 19 yaşlı qız onu üç il müddətində sataraq istismar edən şəxsi güllələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kristul Kizer sevgilisi Pendi Voları öldürüb.

Volar Kizeri sosial şəbəkələr vasitəsi ilə sataraq qızı istismar edib.

Üç il boyunca cinsi istismara məruz qalan qız oğlanı Viskonsin ştatındakı evində güllələyərək öldürüb.

Daha sonra meyiti yandıran qız gizlənib.

Kizerin vəkili onun özünü müdafiə etdiyini söyləsə də, ittiham tərəfi qətlin əvvəlcədən planlaşdırıldığını, qızın özünün internet vasitəsi ilə fahişəlik etdiyini deyib.

Cinayəti törətdiyi sübut olunarsa, Kizer ömürlük azadlıqdan məhrum edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.