Dünya

Türk ordusu meydan sulayacaq: Yeni kamikadzelər...

15 Dekabr 2019 16:32
0 Şərh     Baxış: 2 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüzlərlə kamikadze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dronlar hədəfi dərhal aşkarlamaq, izləmək və məhv etmək qabiliyyətini təmin edəcəkdir.

Bildirilib ki, Türkiyə Müdafiə Sənayəsi ilə "STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş" şirkəti arasında mini dronların tədarükü ilə bağlı müqavilə imzalanıb. Həmin şirkət sistem mühəndisliyi, texniki dəstək, layihə rəhbərliyi, texnologiya ötürülməsi və logistika xidmətlərini göstərir.

Müqaviləyə əsasən, səs-küy səviyyəsi aşağı və təkmilləşdirilmiş hədəf aşkaretmə alqoritminə malik olan 356 yeni nəsil Kargu-2 kamikaze dronları alınacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.