Dünya

Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı

15 Dekabr 2019 12:14
0 Şərh     Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin hökuməti ABŞ mallarına, o cümlədən avtomobil və avtomobil ehtiyat hissələrinə əlavə rüsumun tətbiq olunmasını müvəqqəti olaraq təxirə salıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Gömrük Komitəsi bəyanat verib.

"ABŞ-dan idxal olunan bəzi mallara dekabrın 15-nə planlaşdırılan 5% və 10% rüsum tətbiq edilməsi müvəqqəti olaraq təxirə salınır", - deyə sənəddə bildirilib.

Digər ABŞ mallarının da rüsumdan azad edilməsi planlaşdırılır.

Qeyd edək ki, cümə günü ABŞ dekabrın 15-nə planlaşdırılan bəzi Çin mallarına 15% rüsum tətbiqini rəsmi olaraq təxirə salıb. Həmin gün Çin və ABŞ ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmaya nail olublar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.