Dünya

Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi

5 Noyabr 2019 10:32
0 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını həbs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 65 yaşlı Rəsmiyə Avad Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında saxlanılıb. O ekstremist qruplaşmasının üzvü olmaqda günahlandırılır.

Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib.

Əbu Bəkr əl-Bağdadinin bacısının həbs edilməsi Türkiyədə böyük uğur hesab olunur. Ehtimal edilir ki, qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.