Dünya

Rusiya, Türkiyə və İranın zirvə toplantısı Qazaxıstandakı görüşdən sonra baş tutacaq

10 İyul 2019 21:25
0 Şərh     Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı Nur-Sultanda görüşdən sonra baş tutacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

M.Boqdanovun sözlərinə görə, avqustun əvvəlində Nur-Sultanda Astana formatında keçirilən Suriya məsələsi üzrə on ikinci beynəlxalq görüş olacaq:

"Burada müəyyən yenilik var, çünki Liviya və İraq təmsilçiləri ilk dəfə müşahidəçilər kimi iştirak edəcəklər".

Rusiyanın xarici işlər nazirinin müavini deyib ki, Suriya məsələsi üzrə Rusiya, Türkiyə və İranın zirvə toplantısı "əlbəttə, (Nur-Sultan görüşündən) sonra baş tutacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.