Dünya

Telman İsmayılov Soçidə Olimpiada üçün 4 min otel nömrəsi tikəcək

3 Aprel 2010 09:03
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə RİA "Novosti" öz mənbəsinə istinadən məlumat yayıb.

"Müqavilə cümə axşamı bağlanıb. Söhbət 4 min otel nömrəsinin tikintisindən gedir", deyə mənbə bildirib.

"Olimpstroy"da isə bu məlumatı təsdiq edərək bildiriblər ki, sonuncu sərmayəçi ilə Olimpiadanın otel nömrələrinə olan ehtiyacı ödənilir.

Şirkətdən qeyd ediblər ki, Soçidəki bütün otellər sərmayəçilərin hesabına tikilir. 42 min otel nömrəsinin tikilməsi nəzərdə tutulur. Təkcə jurnalistlər üçün 8 min nömrə lazımdır.

Bir sıra mehmanxanalar Olimpiadadan sonra yaşayış üçün istifadə olunmaq məqsədilə apart-otel şəklində tikilir.

Hazırda Soçidə 5 minə yaxın otel nömrəsi var.

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.