Dünya

Erotika kralının evində bakteriyalar tapılıb - FOTO

18 Aprel 2011 22:55
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, "Playboy" jurnalının banisi və sahibi Hyu Höfnerin malikanəsində fevral ayında keçirilmiş gecə ziyafəti qalmaqalla başa çatmışdı. Çağrılmış qonaqlar arasında 100 nəfər özünü pis hiss etdiyini deyərək həkimlərə üz tutmuşdu.

Həmin hadisə ilə bağlı ABŞ Səhiyyə Nazirliyi əməkdaşları malikanədə araşdırma aparıblar. Araşdırma zamanı "Playboy Mansion" malikanəsinin cakuzisində "legionella" xəstəliyinin bakteriyaları tapılıb.

Los-Anceles Səhiyyə Departamentinin əməkdaşları araşdırma ilə bağlı hesabatı Atlantada keçirilmiş xəstəliklərə nəzarət üzrə konfransda açıqlayıblar.

"Legionella" bakteriyaları insan orqanizmində "Pontiak qızdırması" adlı xəstəlik yaradır.

Milli.Az









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.