Dünya

4 yaşlı uşaq paltar maşınında öldü - FOTO

13 Aprel 2011 20:08
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "The Telegraph"a istinadən bildirir ki, Böyük Britaniyada tükürpədici faciə baş verib. Derbişir qraflığındakı Eşborn şəhərində yaşayan Sonni Qibsonun meyidi paltaryuyan maşında tapılıb.

Oğlanın anası Enn-Mari Qibsonun dediyinə görə, həmin gün Sonni evə gələn qonşu uşaqları ilə gizlənpaç oynayırdı.

"Sonra nə oldu, xatırlamıram. Ayılanda Sonnini tapmadım. Onu axtara-axtara mətbəxə gedəndə gördüm ki, paltar maşınının içindədir. Oğlum artıq ölmüşdü", - 42 yaşlı Enn-Mari söyləyib.

Hadisə yerinə çağırılmış təcili yardım və polis heyətləri uşağı dərhal xəstəxanaya çatdırsalar da, həkimlər heç nə edə bilməyiblər.

Aparılmış araşdırma zamanı məlum olub ki, evə gəlmiş qonşu uşaqları ilə gizlənpaç oynayan balaca Sonni mətbəxə qaçaraq paltar maşınının içinə girib. Bu zaman maşının dairəvi qapısı avtomatik bağlanıb və Sonni onu aça bilməyib.

Paltar maşını işə düşüb və iki saatdan sonra sönüb.

Sonni isə maşının içində boğulub ölmüşdü.

Polisdən verilən məlumata görə, əgər Enn-Mari Qibson həmin gün içib sərxoş olmasaydı və günortadan yatmasaydı, Sonnini xilas etmək olardı.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.