"Forbes" jurnalının rus versiyası Niderland krallığında qeydiyyatdan keçən, mənzil-qərargahı Amsterdamda yerləşən beynəlxalq prosessinq şirkəti "Chronopay"ın sahibi, Qərb xüsusi xidmət orqanları tərəfindən kibermafiya kralı kimi tanınan Pavel Vrublevski haqda sensasion araşdırma dərc edib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu araşdırmanın ucu Azərbaycana da gəlib çıxır.
Əvvəlcə onu qeyd edək ki, prosessinq internet üzərindən ödəmə əməliyyatları zamanı istifadə olunan informasiyanın təhlili və işlənməsi üzrə fəaliyyəti nəzərdə tutur. Bu fəaliyyətlə prosessinq mərkəzləri, yəni ödəmə servislərinin provayderləri məşğul olurlar. Hazırda ən geniş yayılmış prosessinq-servislər elektron ödəmələr və plastik kartlarla ödəmə sahəsindədir.
Rusiyalı kibermafiozun sahibi olduğu "Chronopay" şirkəti isə bank kartları və digər internet ödəmə alətlərinə dair informasiyaların işlənilməsi üzrə ixtisaslaşıb. İnternet üzərindən xidmətlər göstərən banklarla internet-tacirlər arasında əlaqələndirici şəbəkədir və internet-tacirlərinə plastik kartlarla ödəmə həyata keçirməyə imkan verir.
"Forbes"un araşdırmasında "Chronopay" şirkətinin sahibi Pavel Vrublevskinin 2011-ci ildə baş vermiş müəmmalı həbsi, onun bu ilin mayında yenə də müəmmalı şəkildə azadlığa buraxılması, biznesmenin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yüksək çinliləri arasında təhlükəli manevrləri, keçmiş QRU zabitləri ilə ortaqlığı və s. haqda bəhs olunur.
Vrublevskinin həbsi üçün səbəb kimi onun rəqib şirkətin-Peterburqda fəaliyyət göstərən "Asist"in serverlərinə DdoS-hücumlar təşkil etməsi göstərilib. Bu hücumlara görə "Asist"in ən iri müştərisi olan "Aeroflot" bir həftə ərzində internet üzərindən ödəmələri qəbul edə bilməmişdi.
Vrublevski "Washington Post" qəzetinin keçmiş jurnalisti Brayn Krebsin "Spam Nation, the Inside Story of Organized Cybercrime" adlı kitabının baş qəhrəmanıdır. Jurnalist onun haqqında hələ 2009-cu ildən araşdırma aparıb. Araşdırmalar göstərib ki, bütün dünya boyu DDoS hücumlarının və spamların əsas mərkəzi Rusiyada, Vrublevskinin "Moskva-City" qülləsindəki dəbdəbəli ofisində yerləşir.
Həmin dövrlərdə Vrublevski haqda İT təhlükəsizliyinə dair az qala hər beynəlxalq konfransda danışırdılar. O, dünyanın ən güclü kibermafiysıanın kralı kimi təqdim olunurdu. Ancaq həbsindən sonra Vrublevskini bir az yaddan çıxarıblar və indi o, Qərb xüsusi xidmətlərinin əsas hədəfi deyil. Vrublebski həbsdən çıxandan sonra heç bir KİV-lə ünsiyyət qurmayıb və onunla ancaq "Forbes"in əməkdaşları danışa biliblər.
Həbs olunandan sonra Vrublevskinin biznes-imperiyası da sarsıdılıb. İndi o, "Moskva-City"dəki dəbdəbəli ofisdə yox, Moskvanın "Sportivnaya" metrosu yaxınlığındakı sadə ofisdə oturur. Biznesini davam etdirsə də işləri xeyli zəifləyib.
"Biznesini saxlamaq naminə Vrublebski illər ərzində DİN və FTX arasında var-gəl etdi, xüsusi xidmət orqanlarından və hakimiyyətdən yüksək rütbəli şəxslərlə tanışlıq əlaqələri qurdu. Lakin bu riskli oyun sonda onu dəmir barmaqlıqlar arxasına apardı" - jurnal yazır.
2011-ci ildə Moskvadakı Lefortovo təcridxanasında saxlanılarkən "Chronopay"ın nəzarət səhm paketinin sahibi olan Vrublevskiyə "Sberbank"dan təklif gəlir. Bank onun şirkətini 25-30 milyon dollara almaq istəyirdi, Vrublebski isə "Chronopay"ı 100 milyon dollardan aşağı satmaq fikrində deyildi. Buna baxmayaraq Vrublevski bankla danışıqlara başlamağa razılıq verir, ancaq 2011-ci ilin dekabrında onu Lefortovodan müvəqqəti azadlığa buraxırlar və bank təklifini geri götürür.
Vrublebskinin həbsinə qədər "Chronopay" Rusiya internet şəbəkəsində bank kartları üzrə ödəmələrin 45 faizini təmin edirdi. İndi isə onun bazarda payı 15 faizə düşüb. Onlarla xarici ölkələrdəki nümayəndəliklərinin əksəriyyəti bağlanıb, ancaq Hollandiyada və Litvada ofisləri qalıb. Vrublebski 2003-cü ildə bu şirkəti yaradanda keçmiş QRU zabiti Leonid Terexovla ortaq idi.
Vrublevskinin biznesində əsas müştərilər internet üzərindən "Viaqra", narkotik tərkibli maddələr, digər pereparatlar satan şirkətlər və şəxslər olublar. Bununla belə, Rusiyanın bir sıra iri şirkətləri də onun şirkətinin xidmətlərindən istifadə edirdilər.
"Forbes"un söhbətləşdiyi mənbələr deyirlər ki, Vrublevskinin Uruqvayda qeydiyyatdan keçmiş anonim internet-bankı "Fethard" və farmpereparatların satışı ilə məşğul olan RX-Promotion partnyor şəbəkəsinə də bağlılığı olub. Belə ki, bu aktivlərin arxasında dayanan adam kimi internetdə "Red-Eye" niki ilə tanınan naməlum şəxs hesab olunur. Ancaq "Red-Eye"nin əslində Vrublevski olduğunu da bilməyən yoxdur. Hərçənd ki, Vrublevski özü bunu təkzib edir.
Vrublevski internet üzərindən "Viaqra" və digər tibbi pereparatların satışından hər il on milyonlarla dollar qazanıb. "Forbes" qeyd edir ki, 2006-cı ildə "Red-Eye" ilə internet vasitəsilə söhbət aparıblar və həmin şəxs ilk pullarını pornosaytlardan, yəni internet istifadəçilərini spamlar vasitəsilə bu saytlara yönəltməkdən qazanıb.
Vrublevskinin internet üzərindən tibbi pereparatların alqı-satqısı biznesində pullar "Master-bank" üzərindən dövr edib. Rusiya Mərkəzi Bankı ötən il çirkli pulların yuyulmasında ittiham edərək onun lisenziyasını geri alıb. Daha sonra pullar birgünlük firmaların hesabları üzərindən dövr edib.
"Forbes" yazır ki, "Chronopay" bu biznesdə təkcə Rusiya bankları ilə deyil, Azərbaycan bankları ilə də işləyirdi. Azərbaycanda iş qurmağa isə ona yəhudi əsilli oliqarx Telman İsmayılov və adamları kömək edib. Vrublebski "Forbes"ə açıqlamasında bunu təsdiqləyir.
"Mən Telman Mərdanoviçlə və onun oğulları ilə bir neçə dəfə görüşmüşəm. Onlar məndə çox yaxşı təəssürat oyadıblar. Telman mənim üçün "Chronopay"ın Azərbaycanda biznesinin inkişafında strateji tərəfdaş olub" - Vrublebski sözləri səliqə ilə seçərək danışır.
Telman İsmayılov "spam kralı"na həmçinin Rusiya FTX-nin bəzi yüksək rütbəli şəxsləri ilə əlaqələr qurmaqda da kömək edib. "Forbes" yazır ki, doğrudur, Vrublevski Rusiyanın bütün aviaşirkətlərinin ödəmə sistemini "Chronopay"ın serverinə cəmləmək istəyirdi və bu səbəbdən "Asist"ə DdoS hücumlarına göstəriş verə bilərdi. Lakin onun həbsinə aparıb çıxaran əsas səbəb illik dövriyyəsi 700 milyon dollar olan "Fethard" internet-bankı oldu. Qanunsuz bank fəaliyyətində ittiham olunan "Fethard"ın arxasında əslində DİN generallarının, hətta Rusiya baş nazirinin o vaxtkı müavini, Prezident Administrasiyasının indiki rəhbəri Sergey İvanovun dayandığı, bankda onların pullarının dövr etdiyi təxmin edilir.
Vrublebski isə "Fethard"a görə FTX ilə münaqişəyə girib və güclü əlaqələrindən istifadə edərək internet-bankı qorumağa çalışıb. Nəticədə FTX-çilər 2011-ci ilin isti iyul günlərində Maldivdən istirahətdən qayıdan Vrublevskini "Domodedovo" aeroportunda qarşılayıblar...
Vrublevski bu ilin mayında Ryazan həbsxanasından buraxılanda da onu mülki geyimlilər qarşılayıblar və ağ rəngli "Cadillac Escalade" avtmobilində düz Moskvaya aparıblar. İcazə veriblər ki, biznesini davam etdirsin. Ancaq Vrublevski indi "Chronopay"ı bilavasitə idarə etmir, şirkətin səhmlərini əldə saxlasa da onun cari fəaliyyətinə qarışmır.
Belə deyirlər ki, Vrublevski kimi kiber-dahi heç vaxt nəzarətsiz qala bilməz və onu Rusiya xüsusi xidmət orqanlarına işləmək şərti ilə azad ediblər.
Qeyd edək ki, Vrublevskinin Azərbaycanda hansı banklarla işlədiyi göstərilmir. Bununla belə Azərbaycan banklarının beynəlxalq kibermafiya və internet üzərindən saxta dərman satan mütəşəkkil qruplaşmalara xidmət göstərdiyi haqda faktlar yeni deyil. Bundan əvvəl ABŞ orqanları "Azəriqazbank"ın dünya üzrə bu cür mütəşəkkil qruplaşmalara xidmət göstərən üç bankdan biri olduğunu açıqlamışdı.
Bu günlərdə isə "Yeni Müsavat" qəzeti daha iki Azərbaycan bankının - "Bank Standard" və Azərbaycan Beynəlxalq Bankının internet üzərindən saxta antivirus proqramlarının satışı üçün ödəmələrə cəlb olunduğunu yazmışdı. Belə ki, saxta antivirus proqramları satan beynəlxalq şəbəkə öz bank hesablarını həmin banklarda yerləşdiriblər. Bu biznesdən əldə edilən qazanc on milyonlarla dollardır.
Bu fakt Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy (Damon McCoy) tərəfindən aparılmış araşdırmada üzə çıxmışdı. Araşdırma zamanı məlum olub ki, saxta antivirus proqramlarının müştəriləri əsasən "Bank Standard" bankındakı hesaba pul ödəyiblər. Bir neçə ay əvvəl isə ödəmələr Azərbaycan Beynəlxalq Bankına transfer olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Ərinin qarşısında boşqabı çevirib, stula çıxdı - Qumraldan qəribə paylaşım - VİDEO
- IRU Orta Dəhlizi dünya səviyyəli nümunəvi nəqliyyat marşrutuna çevirmək niyyətindədir – Baş katib
- Paşinyan Poqosyana yüksək vəzifə verdi
- Gündüzün günorta vaxtı səmada qeyri-adi görüntü - VİDEO
- "Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya dair qərarını tanımır"
- Məsciddə dəhşət yaşandı - namaz qılan 12 dindarı öldürdülər
- Xuraman həyat yoldaşı ilə - FOTO
- Müştərinin kərə yağı adı ilə adığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
- İdeal səhər yeməyi necə olmalıdır?
- “Danışmağa qoymursan…” - Müğənni Zümrüdə əsəbiləşdi - VİDEO
- Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? - VİDEO
- İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar" - araşdırma
- "Özünə hörmət edən sənətkar efirə çıxmır"
- Həftəsonu evdə görəcəyiniz 3 maraqlı İŞ
- Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
- Messinin arvadından maraqlı FOTOlar
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO