Dünya

İlon Mask narkotikə qurşanıb

31 May 2025 11:43
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən varlı şəxsi hesab edilən amerikalı iş adamı İlon Maskın narkotik maddələrdən istifadə etdiyi barədə yeni iddialar gündəmə gəlib.

Milli.Az xəbər verir ki, "The New York Times" nəşrinin yazdığına görə, Mask xüsusilə ABŞ-da keçmiş prezident Donald Trampın seçki kampaniyası dövründə narkotik maddələrə daha çox meyl edib.

Mənbənin məlumatına əsasən, 53 yaşlı milyarder ketamin, ekstazi və psixotrop göbələklər də daxil olmaqla bir neçə maddədən istifadə edir. Maskın bu səbəbdən emosional dalğalanmalar yaşadığı, aqressiv davrandığı və sağlamlıq problemləri ilə üzləşdiyi iddia olunur.

İddialara görə, o, bəzən ketamini gündəlik qəbul edir, onu digər maddələrlə qarışdırır və özəl tədbirlərdə müxtəlif qadağan olunmuş maddələrdən istifadə edir.

İlon Mask isə daha əvvəl ketaminin bəzi hallarda həkimlər tərəfindən depressiyanın müalicəsi üçün təyin edildiyini bildirib və qeyri-qanuni narkotiklərdən istifadə etdiyi barədə iddiaları təkzib edib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.