ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Los-Anceles dairəsinin Şerif Departamenti yayıb.
Hadisə zamanı silahlı şəxs tüfənglə insanlara atəş açıb. Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər dünyasını dəyişib, daha bir zabit isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun şəxsiyyəti hələlik ictimaiyyətə açıqlanmayıb.
İnsidentlə bağlı istintaq davam edir.
Kənan
Milli.Az