Dünya

Ukraynadan Rusiyaya ağır zərbə: Onlarla hərbi təyyarə məhv edilib

1 İyun 2025 17:28
Baxış: 1 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya Hərbi-Hava Qüvvələrinə qarşı irimiqyaslı hücum həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Pauçina" (hörümçək toru) adlı xüsusi əməliyyatı çərçivəsində Rusiyanın bir neçə strateji hərbi aerodromu hədəf alınıb.

Milli.Az Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələr nəticəsində 40-dan çox hərbi təyyarə, o cümlədən strateji bombardmançı Tu-95, Tu-22M3 və A-50 erkən xəbərdarlıq təyyarələri sıradan çıxarılıb.

Əməliyyat çərçivəsində Murmansk vilayətindəki "Olenya", İrkutskdakı "Belaya", eləcə də "Dyaqilevo" və "İvanovo" aerodromları hədəf alınıb. Ukrayna mənbələrinin verdiyi məlumata görə, hazırda adıçəkilən bazalarda çoxsaylı təyyarələr yanır.

İtkilərin ilkin hesablamalarına görə, Rusiyanın hərbi aviasiyasına dəymiş maddi zərər 2 milyard dollardan çox ola bilər.

"İnterfaks-Ukrayna" agentliyi SBU rəhbəri Vasıl Malyukun əməliyyata rəhbərlik etdiyini bildirir. Agentliyin mənbəsi qeyd edib: "Malyukun sayəsində Rusiya artıq 'demilitarizasiya' sözünün əsl mənasını anlayır".

Rusiya Müdafiə Nazirliyi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama yaymayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.