Dünya

PSJ-nin qələbəsindən sonra Parisdə iğtişaşlar başladı - Polis güc tətbiq edir - YENİLƏB - VİDEO - FOTOlar

1 İyun 2025 12:10
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:10

2025-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Fransanın paytaxtı Parisdə "Paris Sen-Jermen" (PSJ) futbol klubunun Çempionlar Liqasının finalında İtaliyanın "İnter" komandasını 5:0 hesabı ilə darmadağın edərək tarixi qələbə qazanmasından sonra kütləvi iğtişaşlar baş verib. Azarkeşlərin bayram əhvali-ruhiyyəsi tez bir zamanda zorakılığa çevrilib - şəhərdə yanğınlar, polisə qarşı qarşıdurmalar və vandallıq halları qeydə alınıb.

Day.Az xəbər verir ki, təxminən 48 min nəfərin matçı böyük ekranlarda izləmək üçün toplandığı "Park de Prens" stadionu ətrafında iğtişaşlar başlayıb. Zibil konteynerləri və avtomobillər yandırılıb, mağaza vitrinlərinə hücum edilib. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Ümumilikdə iğtişaşlarda, yanğınlarda və qarətə cəhdlərdə iştirak etməkdə ittiham olunan azı 294 nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Bryuno Retayo baş verənləri pisləyərək iğtişaşçılara "barbarlar" deyib və bildirib ki, əsl azarkeşlər qələbəni sivil şəkildə qeyd edir. O əlavə edib ki, polis asayişi təmin etmək üçün qətiyyətlə hərəkət edəcək.

Təhlükəsizliyi təmin etmək məqsədilə, xüsusilə Yelisey çölləri və Zəfər Tağı ətrafında nəqliyyatın hərəkəti dayandırılıb və 5 400-dən çox polis əməkdaşı səfərbər edilib. Buna baxmayaraq, iğtişaşlar gecə saatlarına qədər davam edib.

Qeyd edək ki, bu mövsüm PSJ-nin oyunlarından sonra baş verən ilk iğtişaş deyil. 8 may tarixində "Arsenal"la yarımfinal matçından sonra da polisə qarşı qarşıdurmalar baş vermiş, onlarla şəxs saxlanılmış və bir avtomobil azarkeşlərin üzərinə sürülmüşdü.

11:15

Fransa çempionatında PSJ-nin dünənki qələbəsindən sonra Paris küçələrində iğtişaşlar başlayıb.

Milli.Az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, azarkeşlərin böyük qələbə sevincinin nəzarətdən çıxması nəticəsində şəhərin bir neçə yerində asayiş pozuntuları qeydə alınıb.

Bəzi qruplar ictimai nəqliyyata və ticarət obyektlərinə ziyan vurub, küçələrdə yanğınlar törədilib.

Polis vəziyyətə müdaxilə edərək iğtişaşları nəzarət altına almağa çalışıb. Hüquq-mühafizə orqanları kütlənin dağıdılması üçün gözyaşardıcı qaz və digər xüsusi vasitələrdən istifadə edib.

Hazırda Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı saxlanılan şəxslərin olduğu bildirilir. Yaralananlar barədə də məlumatlar var, lakin onların sayı və vəziyyəti hələlik dəqiqləşdirilməyib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.