Rusiya

Rusiyada zavodda güclü partlayış - VİDEO

2 İyun 2025 16:51
Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güclü yanğın başlayıb.

Milli.Az xəbər verir ki, yanğın nəticəsində 5 avtomobil tamamilə yanıb, alov metal anbarı bürüyüb.

"Lenoblpozhspas" Dövlət Müəssisəsinin verdiyi məlumata görə, yanğın zamanı yaxınlıqdakı iki digər anbar üçün də təhlükə yaranıb. Hadisə yerinə gələn xilasedicilər yanğının ikinci dərəcəli təhlükə səviyyəsində olduğunu bildiriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda təxminən 800 kvadratmetr sahə yanır. Alovun söndürülməsi üçün 40 xilasedici və 10 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın təxminən bir saat əvvəl başlayıb və zavodun ərazisindən qalxan qalın qara tüstü şəhərin bir çox hissəsindən müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.