Elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərindən biri məhz zərərli vərdişlərdir. Tütün istifadəsi, adi siqaret çəkmə ilə bağlı risklər artıq cəmiyyətin hər bir üzvünə məlumdur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov elektron siqaretlərə tətbiq ediləcək qadağalarla bağlı jurnalistlərə açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, hər bir uşaq da, yetkin insan da anlayır ki, siqaret çəkmək ağciyər xərçəngi və digər ağır xəstəliklərlə nəticələnir:
"Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik rəqəmlərə görə, təəssüf ki, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə elektron siqaretlərin istifadəsi xüsusilə yetkinlik yaşına çatmamış uşaqları əhatə edir.
Elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmamış şəxslərlə yetkin insanlar arasında təxminən 10 dəfəyə qədər daha yüksəkdir. Bu isə onu göstərir ki, bir çox uşaqlar adi tütün məmulatlarından istifadə etməsələr belə, birbaşa elektron siqaretlərə yönəlirlər".
Deputat bildirib ki, təqdim olunan yeni qanun layihəsi məhz tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsinə xidmət edir:
"Yəni, hansı məhsullar tütün məmulatı sayılır, hansılar qızdırılan tütün məhsullarıdır və elektron siqaretlər hansı kateqoriyaya aiddir - bütün bunlara hüquqi aydınlıq gətirilir".
S.Məmmədov əlavə edib ki, elektron siqaretlərin idxalı və istifadəsi ilə bağlı qadağalar da dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunur:
"Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi tam qadağan edilib, bəzi ölkələrdə isə ciddi tənzimləmə mexanizmləri tətbiq olunur - istifadə sahələri məhdudlaşdırılır və ya tərkibinə tənzimləmə tətbiq edilir.
Ölkəmizdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi təkcə bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Bu çərçivədə elektron siqaretlərin qadağan olunması, xüsusilə tərkibində çoxsaylı kanserogen maddələr olan, nikotinin az və ya heç olmadığı halda belə digər zərərli kimyəvi maddələrlə zəngin olan bu vasitələrin istifadəsinin qarşısının alınması bir sıra xəstəliklərin artmasının qarşısını almağa xidmət edir.
Dünya təcrübəsi, Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəriciləri və ölkəmizdə mövcud olan rəqəmlər bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Elektron siqaretlərin xüsusilə məktəblilər arasında yayılması artıq ciddi bir çağırışdır. Tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsi çox düzgün və vacib addımdır".
O, qeyd edib ki, istənilən qanunun effektiv icrası üçün qadağaların pozulmasına qarşı sanksiyalar mütləqdir. Cərimələrin məbləği və digər mexanizmlər isə qanun qəbul edildikdən sonra müvafiq normativ-hüquqi aktlarla tənzimlənəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





