İdman

PSJ - nin qələbəsi faciəyə çevrildi: Ölənlər var - VİDEO

1 İyun 2025 18:38
Baxış: 1 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Qrenobl şəhərində PSJ-nin UEFA Çempionlar Liqasında çempionluğunu qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Məlumata görə, PSJ finalda İtaliyanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub etdikdən sonra azarkeşlər küçələrə axışaraq qələbəni qeyd etməyə başlayıblar. Lakin bayram ab-havası faciə ilə bitib. BMW markalı avtomobilin sürücüsü izdihamın içinə girib. Hadisə nəticəsində 17, 23 və 46 yaşlarında olan ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlardan ikisinin vəziyyəti ağırdır.

Bildirilir ki, sürücü hadisəni ehtiyatsızlıqla törədib, daha sonra özü könüllü şəkildə polisə təslim olub və saxlanılıb.

Eyni zamanda Fransanın paytaxtı Parisdə azarkeşlərlə polislər arasında iğtişaşlar baş verib. 2 nəfər həyatını itirib, 192 nəfər yaralanıb. Polis 150 nəfəri saxlayıb. (Offsideplus.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.