İdman

PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib

1 İyun 2025 16:12
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının finalında "İnter"ə (İtaliya) qalib gələn PSJ (Fransa) rekord sayda pul mükafatı əldə edib.

Milli.Az "Football Meets Data" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qalibi olduğuna görə 10,5 milyon, finalda qələbə qazandığı üçün 6,5 milyon, UEFA Superkubokuna vəsiqə əldə etdiyi üçün isə büdcəsinə 4 milyon avro yazdırıb.

Paris klubunun mövsüm ərzində ümumi qazancı 148,4 milyon avro olub. Bu isə UEFA-nın pul mükafatları tarixində rekord göstəricidir.

Qeyd edək ki, PSJ ötən gün finalda "İnter"ə 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub./"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.