Dünya

İŞİD-in yüksək rütbəli üzvü Türkiyə və Pakistanın birgə əməliyyatı ilə saxlanıldı

1 İyun 2025 17:21
Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistan və Əfqanıstan sərhədində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının rəhbərlərindən biri ələ keçirilib.

Milli.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.

Mənbəyə əsasən, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Pakistan kəşfiyyat xidmətlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən əməliyyat zamanı "narıncı kateqoriya" üzrə axtarışda olan İŞİD liderlərindən biri - Özgür Altun yaxalanıb.

Məlumatda bildirilir ki, MİT-in araşdırmaları nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı fəaliyyətlər ifşa olunub. Əməliyyat zamanı terrorçuların cəlb olunma prosesi üzə çıxarılıb, təşkilata aid olan rəqəmsal materiallar və əməliyyat planları ələ keçirilib.

Bu əməliyyat İŞİD-in regiondakı fəaliyyətinə ciddi zərbə kimi qiymətləndirilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.