Dünya

Ukrayna həmin PUA-ların görüntülərini yayımladı - FOTOlar

1 İyun 2025 17:57
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın İrkutsk və Murmansk vilayətlərində yerləşən strateji aviasiya aerodromlarına həyata keçirilən PUA hücumlarına dair fotoları ictimaiyyətlə bölüşüb.

Milli.Az-ın məlumatına görə, "Pautina" adlı xüsusi əməliyyatın hazırlanması təxminən bir il yarım davam edib. Əvvəlcə FPV tipli pilotsuz uçuş aparatları hazırlanıb, daha sonra isə mobil taxta konteynerlər vasitəsilə bu dronlar Rusiyaya daşınıb.

Əldə olunan bilgilərə əsasən, dronlar Rusiyada öncədən hazırlanmış konteynerlərə yerləşdirilib. Əməliyyat zamanı konteynerlərin qapaqları məsafədən idarə olunan sistemlərlə açılıb və PUA-lar hədəflərə doğru havaya buraxılıb.

Qeyd edək ki, bu gün Ukrayna Murmansk, İrkutsk, Ryazan və İvanovo vilayətlərindəki bir neçə strateji hərbi aerodroma genişmiqyaslı PUA hücumları həyata keçirib. Bildirilir ki, zərbələr Ukrayna ərazisindən deyil, hədəf obyektlərə yaxın məsafədə park edilmiş yük avtomobillərində yerləşdirilən sistemlər vasitəsilə həyata keçirilib və bu avtomobillər peyk vasitəsilə idarə olunub.

Ukrayna tərəfi hücum nəticəsində aerodromlarda yerləşən 40-a yaxın Tu-95MC tipli strateji bombardmançı təyyarənin məhv edildiyini iddia edir.

Hazırda Rusiya Müdafiə Nazirliyi bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.