Norveçdə ölü maral sürüsü aşkar edilib. Təxminən 300 heyvan dağlarda mistik şəkildə ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Oxotniki.ru" "Telegram" kanalı xəbər verib.
Alimlər uzun müddət bunun səbəbini araşdırıblar.
Yerli mütəxəssislər əvvəlcə heyvanların naməlum xəstəlikdən öldüyünü düşünüblər. Xəstəliyin törədicisini axtarmağa başlayıblar, lakin tapa bilməyiblər.
Sonradan məlum olub ki, maralların kütləvi ölümünün səbəbi ildırım vurması olub. Bütün heyvanlar tufan zamanı eyni yerə toplaşıblar və bu, onların sonu olub.
Milli.Az