Bu gün İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri qarşısında çıxışı zamanı mərhum həyat yoldaşının şəklini gördükdə kövrək anlar yaşayıb.
Milli.az xəbər verir ki, həmin anların görüntüləri sosial mediada geniş yayılıb.
"Bağışlayın, danışa bilmirəm. Bu mənim üçün çox çətindir," - deyə Pezeşkian çıxışını yarıda saxlayıb və səhnədən enib.
Prezidentin səmimi reaksiyası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Milli.Az