Dünya

“ABŞ-nin hücumdan xəbəri var”

26 Oktyabr 2024 07:14
Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett İsrailin İrana qarşı endirdiyi zərbələrdən xəbərdar olduğunu bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "CBS News"a açıqlamasında deyib.

"Biz başa düşürük ki, İsrail özünümüdafiə məqsədi ilə və oktyabrın 1-də İranın İsrailə qarşı ballistik raket hücumuna cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirir", - Savett bildirib.

Qeyd olunur ki, İsrailin hücumu hərbi hədəflərlə məhdudlaşıb. Mənbələrin nəşrə bildirdiyinə görə, ABŞ-yə İrana hücum barədə qabaqcadan məlumat verilib.

"Reuters" amerikalı rəsmiyə istinadən xəbər verir ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.