Dünya

Bu, Kim Çen Inin sonunu gətirə bilər

23 Oktyabr 2024 13:10
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Şimali Koreya o qədər yaxınlaşıb ki, Kim Çen In öz qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərib. Amma bu durum Moskva və Pxenyana problemlər yarada bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Bloomberg" yazır.

Heç bir Şimali Koreya lideri xaricdəki münaqişədə iştirak edərək ölkənin hərbi qüvvələrinin ciddi itkilərə məruz qaldığı durumla üzləşməyib. Şimali Koreyanın siyasətinin əsas prinsiplərindən biri ictimai həyatın demək olar ki, bütün sahələrinə təsir edən silahlı qüvvələrə üstünlük verilməsidir.

Ukraynada ölən və ya yaralanan Şimali Koreya əsgərlərinin sayı artarsa, Kim Çen In onun gücünün əsasını təşkil edən ordu tərəfindən ciddi problemlərlə üzləşə bilər. Bu durumda ordu rəhbərliyinin əhali arasında narazılıq yaratması mümkündür.

Şimali Koreya qoşunlarının Ukraynadakı münaqişəyə cəlb edilməsi potensial olaraq Cənubi Koreyanın müdaxiləsinə səbəb olacağı üçün Rusiya üçün də problemə çevrilə bilər. Paralel olaraq, Cənubi Koreyanın Ukraynanı Rusiyaya qarşı silah-sursatla təmin edəcəyi də istisna olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.