Böyük Britaniya və Almaniya tezliklə tarixi hərbi saziş imzalayacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.
Bildirilib ki, müqavilə Britaniya və Almaniya qüvvələrinə NATO-nun Rusiya ilə şərq sərhədində, Estoniya və Litvada birgə hərbi təlimlər keçirməyə imkan verməlidir:
"Bu saziş həmçinin iki ölkəyə birgə daha çox silah almağa və yeni nəsil silahların hazırlanması və istehsalı sahəsində daha sıx əməkdaşlıq etməyə imkan verəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun