Dünya

Zelenski Brüsselə getdi: "qələbə planı"nı təqdim edəcək

17 Oktyabr 2024 12:54
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Brüsselə gedib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə V.Zelenski özünün teleqram kanalında məlumat verib.

Məlumata görə, o, qələbə planını Avropa liderlərinə təqdim edəcək.

"Brüsseldə Avropa Şurasının xüsusi iclası keçiriləcək. Mən qələbə planını təqdim edəcəyəm. Bütün Avropa liderləri bizim mövqeyimizi necə gücləndirmək lazım olduğunu eşidəcəklər. Biz bu müharibəni ədalətli şəkildə bitirməliyik", - o bildirib.

V.Zelenski, həmçinin Avropa parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların rəhbərləri ilə görüşdə iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte ilə görüş olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Ali Radada xeyli vaxtdır ictimaiyyətin ondan müharibənin yekunu ilə bağlı gözlədiyi "sülh və qələbə" planını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.