Dünya

Ata qumar oynamaq üçün yeni doğulan uşağını satdı

9 Oktyabr 2024 22:47
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada ata qumar oynamaq üçün yeni doğulan körpəsini satıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu qəribə olay Tanqeranq şəhərində baş verib. 36 yaşlı ata qumar oynamaq üçün yeni doğulan körpəsini Facebook-da satışa çıxarıb. Bir nəfər də bu elanla maraqlanıb və uşağı 700 sterlinqə (1289 manat) alıb.

Ana evə qayıdanda uşağın evdə olmadığını görərək polisə məlumat verib. Uşağın atası tərəfindən satılması da bu zaman ortaya çıxıb.

Polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb. Onları 15 ilədək həbs, həmçinin külli miqdarda cərimə cəzası gözləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.