Dünya

Tualeti yumaq üstündə kiçik bacısını ÖLDÜRDÜ

8 Oktyabr 2024 19:49
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Miçiqan ştatında qız mübahisə zəminində yeddi yaşlı bacısını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, səhər valideynlər evdən çıxarkən 7 yaşlı qızlarını 13 yaşlı böyük bacısına tapşırıblar. Bacılar arasında isə tualetin təmizlənməsi mövzusunda mübahisə başlayıb.

Böyük bacı kiçik bacıya o qədər əsəbiləşib ki, onu vannanın yanında bıçaqlayıb. Bundan sonra o, dərhal atasına və polisə zəng edərək məlumat verib.

Yeddi yaşlı qıza on bıçaq zərbəsi vurulub. Onu xilas etmək mümkün olmayıb.

Böyük bacı bir neçə maddə ilə ittiham olunub və məhkəmə qarşısına çıxarılacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.