Dünya

Kiyevdən Tiflisə kəskin etiraz: Bu müqayisədən çəkin!

27 Sentyabr 2024 00:18
Baxış: 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanın Gürcü Arzusu Partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə bağlı yaydığı bəyanatda bildirilib.

"Biz Gürcüstan hökumətini, hakim partiyanı və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə "Müharibəyə yox! Sülhü seçin !" şüarlı bannerlər yerləşdirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.