Dünya

Maskla Meloni arasında sevgi - Dünya bundan danışır

25 Sentyabr 2024 21:32
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder İlon Maskın Nyu Yorkun "Ziqfeld" bal zalında "Atlantic Council"in (Atlantik Şura) təşkil etdiyi mükafatlandırma mərasimində İtaliya Baş naziri Corciya Meloniyə "Global Citizen Awards" mükafatını verməsi Qərb kuluarlarında söz-söhbətə səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bazar ertəsi keçirilən mərasimdə Mask mərasim zamanı Meloni barəsində xoş ifadələr də işlədib.

"Meloninin daxili xaricindən daha gözəldir. Meloni səmimi, dürüst və düşüncəli insandır. Bunu hər siyasətçi haqqında demək olmaz", - Mask bildirib.

Meloni də çıxışında Maskı tərifləyib və milyarderi qiymətli dahi adlandırıb. Meloninin çıxışından sonra Mask ayağa qalxaraq onu alqışlayıb.

Mərasim zamanı hətta Maskla Meloninin yanaşı oturduqları və olduqca səmimi söhbət etdikləri bildirilib.

"Politiko" nəşri yazır ki, 47 yaşlı Meloni 53 yaşlı Maskdan onu BMT Baş Assambleyasının tacına çevrilən Atlantik Şurasının şam yeməyi ilə tanış etməsini xahiş edib.

Qeyd olunub ki, cütlük son bir ildə bir neçə dəfə görüşüb. Onların ilk görüşü 2023-cü ilin iyununda Meloninin Romadakı iqamətgahında baş tutub. Mask bundan başqa, həmin ilin dekabrında Meloninin İtaliya Qardaşları Partiyasının təşkil etdiyi siyasi festivalda da iştirak edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.