Dünya

Tramp Zelenski ilə görüşməyəcək

25 Sentyabr 2024 18:25
Baxış: 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çox güman ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Trampın seçki kampaniyasının rəsmisi "Politico"ya görüşün planlaşdırılmadığını təsdiqləyib.

Qeyd edək ki, Tramp ötən həftə ABŞ-a səfəri zamanı Zelenski ilə "yəqin ki" görüşəcəyəm demişdi.

Xatırladaq ki, Zelenskinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcəyi və Rusiya ilə müharibədə özünün Qələbə Planını təqdim edəcəyi, daha sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harrislə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.