Dünya

Bu ölkə İraqa 2,78 milyard dollarlıq zenit-raket kompleksləri verəcək

20 Sentyabr 2024 08:31
Baxış: 4 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "LIG Nex1" şirkəti İraqın Müdafiə Nazirliyi ilə "Cheongung - II" zenit-raket komplekslərinin tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə bağlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Sazişin konkret maliyyə şərtləri təhlükəsizlik baxımından açıqlanmayıb.

Bu müqavilə həmin komplekslərin xaricə ixracının üçüncü nümunəsi olacaq. Cənubi Koreya bundan əvvəl BƏƏ və Səudiyyə Ərəbistanına "Cheongung - II" zenit-raket kompleksləri tədarük edib.

2022-ci ildə bu sistemin 12 batareyası BƏƏ-yə 3,37 milyard dollara başa gəlib. 2024-cü ilin fevralında Səudiyyə Ərəbistanı 3,2 milyard dollara 10 kompleks alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.