Dünya

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

19 Sentyabr 2024 23:39
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Zaxarova bunu "Nyus.ru"nun müxbirinin sualını cavablandırarkən deyib.

"Ümid edirəm ki, "Komedi Klub" (Comedy Club) buna görə bağlanmayıb", - o gülərək bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi. İstintaq Komitəsi qeyd etmişdi ki, qrup üzvləri Rostova gedərək, orada "Arbat" bazasında təlim keçiblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.