Dünya

Əlacsız qalan ruslar üçün "Türkiyə qapısı" da bağlandı

18 Sentyabr 2024 20:50
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya idxalçıları Avropaya tranzit üçün məşhur olan türk bankları vasitəsilə ödəniş edərkən yenidən çətinliklə üzləşirlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti idxalçılar və vasitəçilər arasında olan üç mənbəyə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, banklar həm Türkiyə, həm də Avropa maliyyə qurumlarının təzyiqi altındadır və onlar uyğunluq prosedurlarını yeni şərtlərə uyğunlaşdırırlar.

İlin əvvəlində Rusiya biznesi ABŞ-dan gələn ikinci dərəcəli sanksiyaların riskləri səbəbindən əməliyyatlardan imtinaya görə artıq problemlərlə üzləşmişdi. İndi problemlər geri qayıdıb: "Emlak Katılım" kimi türk bankları tranzit ödənişləri üçün komissiyanı artırıb və əməliyyatlardan imtina etməyə başlayıblar. Avropa bankları da bəzən Türkiyədən ödənişləri qəbul etməkdən imtina edirlər.

Bir çox rus şirkətləri tranzit ödənişlərinin 80%-ə qədərinə nəzarət edən "Emlak Katilim" ilə işləyir, lakin yüksək komissiyalar bu bankı yalnız böyük biznes üçün əlçatan edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.