Dünya

Livanda partlayan peyceləri Tayvan şirkəti istehsal edib?

18 Sentyabr 2024 10:50
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Livanın müxtəlif bölgələrində partlayan peycerlərin Tayvanın "Gold Apollo" şirkəti ilə heç bir əlaqəsi yoxdur".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin özündən bəyan edilib.

Bildirilir ki, peycerləri onlar deyil, şirkətin brendindən istifadə etmək üçün lisenziyası olan BAC adlı şirkət istehsal edib.

"Məhsul bizim deyil, sadəcə üzərində bizim brendimizin adı olub", - deyə "Gold Apollo"nun qurucusu və prezidenti Xu Çinquan şərh verib.

Livan təhlükəsizlik xidmətindəki yüksəkrütbəli mənbə "Reuters"ə bildirib ki, "Hizbullah" hərəkatı üzvləri üçün beş min peycer sifariş edib və onlar bu ilin əvvəlində ölkəyə gətirilib. AR-924 peycer modeli BAC şirkəti tərəfindən istehsal edilib və satılıb.

"Biz yalnız ticarət nişanından istifadə üçün icazə veririk, bu məhsulun hazırlanmasında və ya istehsalında iştirak etmirik", - deyə "Gold Apollo"nun bəyanatında deyilir.

"Reuters" əlavə edib ki, BAC şirkəti Avropada yerləşir, lakin onun dəqiq yeri göstərilmir.

Bundan əlavə, agentlik anonim mənbələrə istinadən bildirib ki, İsrailin "Mossad" kəşfiyyatı "Hizbullah"a çatdırılan beş min peycerə partlayıcı qurğuları hadisədən bir neçə ay əvvəl yerləşdirib.

----------

Tayvan polisi səhər saatlarında Livanda partlayışlar səbəbindən peycer istehsalçısı "Gold Apollo" şirkətinə qarşı yoxlamaya başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə chinatimes.com xəbər yayıb.

Bildirilir ki, polis şirkətdən peycerlərin istehsalı və məhsullarının satış yolları ilə bağlı təfərrüatları araşdırır.

Qeyd olunur ki, "Gold Apollo" şirkəti 1995-ci ildə təsis edilib. Livan mediasının məlumatına görə, söhbət "AR-924" modelli peycerlərdən gedə bilər.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub.

Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd mindən çox insan yaralanıb. Baş verənlərdə İsrail xüsusi xidmət orqanları şübhəli bilinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.