Dünya

Saxta sənədlərlə məktəbə yazılıb qızlarla cinsi əlaqəyə girdi

16 Sentyabr 2024 07:48
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Zakari Şeyx adlı şəxs Nebraska ştatında azyaşlı məktəbli qızlarla cinsi əlaqədə olmaq üçün özünü yeniyetmə kimi göstərdiyinə görə məhkum edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə KLKN telekanalı məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin iyul ayında 27 yaşlı Zakari Şeyx üç azyaşlı qıza təcavüzdə ittiham edilib. İstintaqın müəyyən etdiyi kimi, o 2022-2023-cü tədris ilində 17 yaşlı Zak Hessin adı ilə dövlət məktəblərindən birinə daxil olub.

Birinci semestrdən sonra o, iyulun ortalarında həbs olunana qədər başqa məktəbə keçib. İstintaq müəyyən edib ki o 54 gün dərslərdə iştirak edib və məktəbdəki qızlarla cinsi əlaqədə olub.

Sentyabrın 11-də, o 41 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə 85 ildən 120 ilə qədər həbs cəzası alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.