Dünya

Putinin bu sözlərindən xoşumuz gəlmədi - ABŞ

6 Sentyabr 2024 00:45
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin Amerika seçkiləri ilə bağlı sözləri ABŞ administrasiyasının xoşuna gəlməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

"Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq", - Kirbi bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoritinin ölkənin hazırkı lideri Co Bayden olduğunu bildirib, lakin onun seçki yarışından geri çəkilməsindən sonra Kreml onun varisi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini açıqlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.